| Şərif Manatov | |
|---|---|
| başq. Шәриф Әхмәтйән улы Манатов | |
| 1924 – 1924 | |
| Əvvəlki | Həbib bəy Mahmudbəyov |
| Sonrakı | Cəlil Məmmədzadə |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 oktyabr 1887 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1936 (48–49 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | jurnalist, siyasətçi |
Şərif Manatov (başq. Шәриф Әхмәтйән улы Манатов; 20 oktyabr 1887, Çelyabinsk qəzası[d], Orenburq quberniyası[d] – 1936, Smorodinka[d], Çelyabinsk vilayəti) — başqırd dövlət və ictimai xadimi, şərqşünas alim, jurnalist, sosioloq, Başqırdıstan milli azadlıq hərəkatının liderlərindən biri. Birinci Türkoloji Qurultayda iştirakçısı olmuşdur.
"Məktəb məcmuəsi" jurnalının məsul müdiri (redaktoru) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə əlaqəlidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub).
Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.
- 20 oktyabrda doğulanlar
- 1887-ci ildə doğulanlar
- Orenburq quberniyasında doğulanlar
- 1936-cı ildə vəfat edənlər
- RSFSR-də vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bioqrafik qaralamalar
- Başqırdlar
- Rusiya inqilabçıları
- Rusiya jurnalistləri
- Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri
- Türkiyə kommunistləri
- Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər
- XX əsr jurnalistləri
- SSRİ-də repressiya qurbanları