Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dağ Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun Taxtalar kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Resp

Dağ Bilici

41°12′42″ şm. e. 48°50′39″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Dağ Bilici
41°12′42″ şm. e. 48°50′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 567 m
Xəritəni göstər/gizlə
Dağ Bilici xəritədə
Dağ Bilici
Dağ Bilici

Dağ BiliciAzərbaycan Respublikasının Şabran rayonunun Taxtalar kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun Dağ Bilici kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Toponimikası

Oykonimin birinci komponenti (dağ) onu digər eyniadlı oykonimdən (Düz Bilici) fərqləndirməyə xidmət edir, ikinci komponent isə kəngərlilərin bilici tayfasının adını əks etdirir, "dağlıq ərazidə olan Bilici kəndi" deməkdir.

Coğrafiyası və iqlimi

Kənd dağlıq ərazidə yerləşir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran–Pirəbədil–Zeyvə avtomobil yolunun üstündədir.

Əhalisi

Kəndin əhalisi 696 nəfər təşkil edir. Əhalisi tamamilə tatlardan ibarətdir. Əsas ünsiyyət vasitəsi tat dilidir. Bu kənd tat adət–ənənəsini yaşadan nadir kəndlərdəndir.[mənbə göstərilməlidir]

Mədəniyyəti

Dağ Bilici kəndində tat xalqının mədəniyyətini yaşatmaq və təbliğ etmək məqsədilə Xınayaxdı folklor ansamblı fəaliyyət göstərir.

Həmçinin bax

Üst