Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yuri Yevgenyeviç Şedrin (rus. Юрий Евгеньевич Щедрин; 21 fevral 1950, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1986

Yuri Şedrin

Vikipediya, azad ensiklopediya
Yuri Şedrin
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
13 may 1986 30 iyul 1987
ƏvvəlkiŞakir Kərimov
SonrakıFuad Rüstəmov
Azərbaycan Kommunist Partiyası Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi
1987 1991
ƏvvəlkiVioleta Tretyakova
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 21 fevral 1950(1950-02-21) (76 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1991-ci ilədək)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1978)

Yuri Yevgenyeviç Şedrin (rus. Юрий Евгеньевич Щедрин; 21 fevral 1950, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1986–1987), Azərbaycan Kommunist Partiyası Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi (1987–1991), Rusiya Federasiyasının Azərbaycan Respublikasında ilk ticarət nümayəndəsi (2006-cı ildən).

Həyatı

Yuri Yevgenyeviç Şedrin 21 fevral 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə "Qaradağneft"in neft-qazçıxarma idarəsində fəhlə kimi başlamış, müxtəlif illərdə mexanik, kortej rəisi, Azərbaycan KP Qaradağ Rayon Komitəsinin təlimatçısı vəzifələrində işləmişdir. Paralel olaraq Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almışdır. 1978-ci ildə buranı avtomobil və avtomobil sənayesi ixtisası üzrə bitirmişdir.

Yuri Şedrin 1979–1982-ci illərdə əvvəlcə Azərbaycan KP Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsinin, sonra isə Azərbaycan KP Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. 1986-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmiş, sonra isə Azərbaycan KP MK-nın şöbə müdiri, Azərbaycan KP Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

Yuri Şedrin Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1991-ci ildən Ali Sovetin Nəqliyyat, rabitə və informatika məsələləri daimi komissiyasının sədri olmuşdur. 1992–1993-cü illərdə "Azərbaycan–Rusiya" Cəmiyyətinin idarə heyəti sədrinin müavini, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının üzvü olmuşdur. 1995-ci ilin mart ayından Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının MDB işləri üzrə komitəsində mütəxəssis-ekspert, məsləhətçi, müşavir, 2005-ci ilin iyul ayından isə komitənin aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır. Rusiya Federasiyası hökumət başçısınin 4 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilmişdir.

Üst