| Çaldaş | |
|---|---|
| 40°47′08″ şm. e. 47°33′10″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | XVIII əsr |
| Mərkəzin hündürlüyü | 383 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Çaldaş | |
Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır.
Tarixi
Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir.
Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus–molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır.
Toponimikası
Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "–ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.
Mədəniyyəti
Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 100 yerlik ATS, iaşə və ticarət obyektləri var. Kəndə rayon mərkəzindən Oğuz–Qarabulaq avtobusu ilə getmək olur.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 544 nəfər əhali yaşayır.
İqtisadiyyatı
- Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Oğuz rayonu qaralamaları
- Kənd qaralamaları
- Oğuz rayonunun kəndləri
- XIX əsrdə yaranan yaşayış məntəqələri
