Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Birinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun Birinci Nügədi kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir

Birinci Nügədi

41°19′39″ şm. e. 48°33′59″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Birinci Nügədi
41°19′39″ şm. e. 48°33′59″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 571 m
Əhalisi
Əhalisi
  • 7.768 nəf. (2009)
Xəritəni göstər/gizlə
Birinci Nügədi xəritədə
Birinci Nügədi
Birinci Nügədi

Birinci NügədiAzərbaycan Respublikasının Quba rayonunun Birinci Nügədi kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir.

Quba rayonunun ən böyük kəndidir. Quba – Qonaqkənd yolunun 5-ci km-də yerləşir. Kəndin əhalisi 10 min nəfərə yaxındır.

Toponimikası

Kənd Qaraçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. XVIII əsrə aid sənədlərin məlumatına görə, Quba şəhərinin əhalisinə mənsub bağ ərazilərində ailələrin məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsi Nügədi (tat dilində "yeni kənd, təzə kənd") adlandırılmışdır. Sonralar kəndn böyüyərək iki yerə ayrılmış və onları bir-birindən fərqləndirmək üçün adlarının əvvəlinə birinci və ikinci sözləri artırılmışdır.

Mədəniyyəti

Kənddə mədəniyyət evi, 9 illik və 11 illik orta məktəb, sağlamlıq məntəqəsi, aptek, bələdiyyə binası, poçt məntəqəsi, ATM, yanacaqdoldurma məntəqəsi, stadion, şadlıq sarayı, uşaq bağçası, məscid və kitabxana, 2 internet kafe fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

Nügədinin ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Kənd ərazisində 1-ci və 2-ci Nügədi kəndləri arasında "Bəhyə" dağı yerləşir. Kən din iqlimi mülayimdir. Bəhyə dağının yaxınlığından Qaraçay çayı axır. Ümumilikdə kənd, Ağçay və Qaraçayın əhatəsində yerləşir. Nügədi kəndi Amsar və 2-ci Nügədi kəndlərinin qonşuluğundadır. Kənd inzibati cəhətdən 5 məhəllədən ibarətdir. Bütün küçələrə müvafiq adlar verilmiş və mənzillər nömrələnmişdir. Nügədinin bəzi yollarına asfalt, digərlərinə isə daş örtük döşənmişdir.

Əhalisi

Nügədinin əhalisi Azərbaycan türklərindən ibarətdir. 2010-cu il açıqlamalarına görə əhalinin 51%-ini qadınlar, 49%-ini isə kişilər təşkil edir.Kənddə az miqdarda Azərbaycan tatları da yaşayır. Kəndin cavan əhalisi üstünlük təşkil edir. Əhalinin bir hissəsi xaricdə əmək fəaliyyətindədir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 7768 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Kəndin iqtisadiyyatı əsasən meyvəçilik və taxılçılıqdır. Kənddə alma, armud və s. kimi meyvələr yetişdirilir. Əhalinin tələbatını ödəmək məqsədilə həyətyanı torpaq sahələrində kənd təsərrüfatı məhsulları, tərəvəz bitkiləri və s. becərilir. Əhali fərdi maldarlıqla da məşğul olur. İri və xırda buynuzlu mal-qara saxlanılır. Quşçuluq inkişaf etdirilir, toyuq, ördək, qaz, hind quşu və s. kimi ev quşları yetişdirilir.

Həmçinin bax

Üst