Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Mi

Çayqovuşan (Oğuz)

40°47′35″ şm. e. 47°34′49″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çayqovuşan
40°47′35″ şm. e. 47°34′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 111 nəf.
Xəritəni göstər/gizlə
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan

Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılmışdır.

Tarixi

Rayon mərkəzindən 45 km cənubda, Türyançayın sağ sahilində, Astraxanovka kəndinin şərqində yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinə daxildir. Kəndi Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus kəndliləri 1891-ci ildə salmışlar. "Vladimir" – rus şəxs adı (knyaz Vladimir və s), " o v – k – a" rus dilində mənsubiyyət bildirən şəkilçidir. "Vladimirovka"– " V l a d i m i r ə m ə x s u s" anlamındadır. Zaman keçdikcə, rus millətinə mənsub olanlar kənddən köçüb getmiş, ad qalmışdır. Kəndin əhalisi (167 nəfər) heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə 1 telefon var. Oğuz–Qarabulaq avtobus marşrutu Vladimirovkanın 1 kilometrliyindən keçir.

Toponimikası

Düzənlikdədir. Kənddə XIX əsrdə Rusiyanın Vladimir vilayətindən köçürülmüş ruslar məskunlaşdığı üçün belə adlandırılmışdır.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 111 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst