Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rüfət Əhmədzadə (25 mart 1933, Bakı – 15 dekabr 1988, Bakı) — Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi, jurnalist.

Rüfət Əhmədzadə

Vikipediya, azad ensiklopediya
Rüfət Əhmədzadə
Rüfət Zülfüqar oğlu Əhmədzadə
Doğum tarixi 25 mart 1933(1933-03-25)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 dekabr 1988(1988-12-15) (55 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Əhmədzadə Mirvari Əsəd qızı (1936-2014)
Uşağı

Zülfüqar Rüfətoğlu (1958-2024)

Vüqar Əhmədzadə

Rəşad Əhmədzadə
Atası Zülfüqar Əhmədzadə
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, şair, jurnalist
Fəaliyyət illəri 1950–1988
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • SSRİ Jurnalistlər İttifaqı

Rüfət Əhmədzadə (25 mart 1933, Bakı15 dekabr 1988, Bakı) — Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi, jurnalist.

Həyatı

Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilib və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Əmək fəaliyyəti də erkən yaşlarında Balakəndə başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb.

Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şerləri ilə çıxış edib.

"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.

Emin Sabitoğlunun bəstələdiyi "Sıravi Əhməd", Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Necəsən?" , "Esmira" və sair kimi mahnıların sözlərinin müəllifidir.

  • Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.
  • A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin atasıdır.

Kitabları

  • "Məhəbbətlə gülüşlə" "Sizin ilə, gülə-gülə", Bakı, "Elgün", 2012. 224 səh., 500 nüsxə.

Filmoqrafiya

  1. Sonuncu məhəbbət (film, 1985)
  2. Gülüş sanatoriyası (film, 1989)
  3. Şirbalanın məhəbbəti (film, 1991)
Üst