| Xankəndi şəhər stadionu | |
|---|---|
| |
![]() | |
| Yeri | Xankəndi |
| Təməli qoyulub | 1955 |
| Tikilib | 1956 |
| Tamaşaçı tutumu | 15.000 nəfər |
| Ev sahibi komanda | Qarabağ Xankəndi FK (1991-ci ilə qədər) Qarabağ FK (2023-cü ildə, bir oyun) Xankəndi FK (2026-cı ildən) |
| Meydançanın ölçüləri | 110x70 metr |
| Ot örtüyü | süni örtüklü |
Xankəndi şəhər stadionu — Azərbaycanın Xankəndi şəhərində futbol stadionu.
Tarixi
Stadionun 1955-ci ildə inşasına başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. İlk dəfə İosif Stalinin adı ilə adlandırılmışdır. Bir neçə il sonra adından İosif Stalinin adı götürülərək "Stepan Şaumyan adına mərkəzi stadion" adlandırılmışdır. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adına qayıdılmışdır.
SSRİ dövründən stadionda Qarabağ Xankəndi FK klubu ev oyunlarını keçirirdi. 2023-cü ildə Azərbaycanın nəzarəti altına qayıtmışdır. Həmin ilin oktyabrında "Qarabağ Ağdam" klubu növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılmışdır. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işləri həyata keçirilməsi planlaşdırılmışdır.
"Xankəndi" FK qurulan vaxtdan hədəfi Xankəndi şəhər stadionuna keçmək olub. Komanda bu dövrdə Region Liqasındakı oyunlarını və II Liqanın son "6-lıq" mərhələsinin qarşılaşmalarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, II Liqanın ilk dövrəsindəki oyunlarını isə "Palms Sports Arena"nın 4-cü meydançasında keçirib. Bakıda təşkil olunan məşqlər də müxtəlif stadionlarda baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov "Bakı-Xankəndi" velosiped yarışı ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, stadionda işlər yubanır, lakin arena sentyabradək hazır olacaq.
Nəhayət, 30 iyul 2026-cı ildə "Xankəndi"nin ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəyi təsdiqlənib. Bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
- Əlifba sırasına görə stadionlar
- Xankəndidə idman
- Azərbaycan stadionları
- 1956-cı ildə Azərbaycanda yarananlar
- 1956-cı ildə SSRİ-də yarananlar
- Xankəndidəki binalar və tikililər
- Azərbaycan futbol stadionları

