Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseynova Fidumə Məmmədəli qızı (9 iyul 1959, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısı və "SOS Uşa

Fidumə Hüseynova

Vikipediya, azad ensiklopediya
Fidumə Hüseynova
Hüseynova Fidumə Məmmədəli qızı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini
18 aprel 2005 16 mart 2021
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
7 iyul 2003 6 aprel 2005
ƏvvəlkiAlı Qocayev
Sonrakıİnqilab Nadirov
SOS uşağ kəndləri — Azərbaycan idarə heyətinin sədri
Şəxsi məlumatlar
Doğum tarixi 9 İyul 1959
Doğum yeri Bakı
Fəaliyyəti dövlət xadimi

Hüseynova Fidumə Məmmədəli qızı (9 iyul 1959, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısı və "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədri.

Həyatı

Fidumə Hüseynova 9 iyul 1959cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətində yeganə qadın rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl — 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, Sos uşağ kəndləri Azərbaycanın idarə heyətinin sədridir,həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülmüşdür. 2 may 2025-ci il tarixində Fidumə Məmmədəli qızı Hüseynovanın YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.

16 mart 2021-ci ildə şəhər merinin müavini vəzifəsindən azad olunmuşdur.

Üst