| Məcnun Məmmədov | |
|---|---|
| |
Vəzifədədir | |
| 14 aprel 2023-cü ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | İnam Kərimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 sentyabr 1983 (42 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Məcnun Qadir oğlu Məmmədov (15 sentyabr 1983, Mincivan, Zəngilan rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2023-cü ildən).
Həyatı
Məcnun Məmmədov 1983-cü ili sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.Əslən Cəbrayıl rayonu Yuxarı Məzrə kəndindəndir. O 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili almışdır.
2017-ci ildə ABŞ-də "Aqrobiznesdə İnnovasiya və Effektivlik" üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olmuşdur.
2022-ci ildə Hollandiyanın Wageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlamışdır.
Karyerası
Məcnun Məmmədov əmək fəaliyyətinə 2004-cü ildə "Billur & Astron" şirkətində mühasib vəzifəsində başlayıb.
2005-ci ildə Məcnun Məmmədov Qazaxıstanın Almatı şəhərində "ABN AMRO Bank Kazakhstan" bankında təcrübə keçib.
2006-2007-ci illərdə hərbi xidməti keçmişdir.
2007-ci ildə "Deloitte" şirkətində maliyyə məsləhətçisi vəzifəsində işləməyə başlayıb. Daha sonra "AER" MMC-də 2010–2011-ci illərdə həmin qurumun direktoru olub. 2011-2015-ci illərdə "Modern Group" şirkətrlər qrupunda biznesin inkişafı üzrə direktor olub və əsasən aqrar layihələrə nəzarət edib. 2015–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub.
14 aprel 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir.
- 15 sentyabrda doğulanlar
- 1983-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Zəngilan rayonunda doğulanlar
- Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları
- Lahor İdarəetmə Elmləri Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın kənd təsərrüfatı nazirləri
- Paşa Holdinqin işçiləri
- Bakı şəxsləri
