Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xasadarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Re

Xasadarlı (Goranboy)

40°42′09″ şm. e. 46°41′11″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Xasadarlı
40°42′09″ şm. e. 46°41′11″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 255 nəf. (2009)
Xəritəni göstər/gizlə
Xasadarlı xəritədə
Xasadarlı
Xasadarlı

XasadarlıAzərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.

Toponimikası

Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst