Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

I Lüdovik Mömin (lat. Hludovicus Pius, fr. Louis le Pieux, alm. Ludwig der Fromme‎; 16 aprel 778, 20 aprel 778 və ya sentyabr 778 – 20 iyun 840 və ya 24 iyun 84

I Lüdovik

Vikipediya, azad ensiklopediya
I Lüdovik
lat. Hludovicus Pius
fr. Louis le Pieux
alm. Ludwig der Fromme
lat. Hludowicus Pius
lat. Ludovicus Pius
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 778(0778-04-16), 20 aprel 778(0778-04-20) və ya sentyabr 778(0778-09)
Vəfat tarixi 20 iyun 840(0840-06-20) (61–62 yaşında) və ya 24 iyun 840(0840-06-24) (61–62 yaşında)
Fəaliyyəti monarx, hökmdar[d]
Atası Böyük Karl
Anası Hildeqard[d]
Uşaqları
  • II Keçəl Karl
Ailəsi Karolinqlər sülaləsi
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Lüdovik Mömin (lat. Hludovicus Pius, fr. Louis le Pieux, alm. Ludwig der Fromme; 16 aprel 778, 20 aprel 778 və ya sentyabr 77820 iyun 840 və ya 24 iyun 840) — 781–814-cü illərdə Karolinqlər sülaləsindən olan Akvitaniya kralı, frank kralı və Qərbin imperatoru (Empereur d’Occident; 814–840).

Lüdovik Mömin Frank dövlətinin son suveren hökmdarı olmuşdur. Atasının ölümündən sonra taxt-tacı miras almış atası imperator Böyük Karlın islahat siyasətini uğurla davam etdirmiş, lakin hakimiyyətinin son illəri öz oğullarına və xarici düşmənlərinə qarşı müharibələrdə keçmişdir. Ölümündən bir neçə il sonra imperiyanın dağılmasına və onun yerində bir neçə dövlətin — müasir Almaniyanın, İtaliyanın və Fransanın sələflərinin yaranmasına səbəb olan dövlət dərin bir böhran içində idi.

Üst