| Qumlaq | |
|---|---|
| 41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Qumlaq | |
Qumlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Qumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman–zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta, Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir. “Qumlaq” toponimi türk–qıpcaq məşəli qumuq xalqının adı ilə bağlıdır, onun “qumlu yer, qumlu torpaq” yozulması yanlışlıqdır. “Qumlaq”da “qum” – (kum, qom) – “birlik, qüvvətlilik” (“hun” sözündə olduğu kimi), “aq” isə–“çoxluq”, ya da “yer, məkan” (yat–aq, bat–aq, ot–l–aq, çay–l–aq) bildirir. Deməli, “Qumlaq” – “g ü c l ü l ə r, q ü v v ə t l i l ə r ”, yaxud, “ b i r l i k d ə o l a n l a r ” anlamındadır. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 299 yerlik elektron ATS, feldşer – mama məntəqəsi, elektrik dəyirmanı, ağac emalı sexi var. Əhalinin (1297 nəfər) əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilikdir. Kənddə təbii qazdan istifadə olunur. Memarlıq abidələrindən məscid (XIX əsr) var. Oğuz – Tayıflı avtobus marşrutu Qumlaqdan keçir.
Toponimikası
Qumlaq “qumlu yer, qum olan yer“ deməkdir. Keçmişdə Qarabulaq, Mazədərəsi və Fiy dərələrindən axan və Türyançayın mənbəyini təşkil edən sular bu yeri basaraq qobular əmələ gətirmiş və qumlağa çevirmişdir. Əhalisi Xalxal, Tərkeş və Oğuz yaşayış məntəqələrindən gəlib məskunlaşanlardır. Azərbaycan toponimiyasında işlənilmiş qum sözü müəyyən mənada oronimik və ya hidronimik obyekti səciyyələndirir, yəni dağm səthinin və ya çayın tərkibinin qumlu olmasını göstərir.
Mədəniyyəti
- Memarlıq abidələrindən məscid (XIX əsr) var.
Coğrafiyası və iqlimi
- Rayon mərkəzindən 10 km cənub şərqdə, Oğuz–Qəbələ şose yolundan 3 km solda, Xalxalçayın sol tərəfində yerləşir.
Əhalisi
Əhalinin sayı 1511 nəfərdir (01 yanvar 2017-ci il) Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilikdir. Kənddə təbii qazdan istifadə olunur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Oğuz rayonu qaralamaları
- Kənd qaralamaları
- Oğuz rayonunun kəndləri
