| II Artafern | |
|---|---|
| yun. Ἀρταφέρνης | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | e. ə. VI əsr |
| Doğum yeri |
|
| Vəfat tarixi | e. ə. V əsr |
| Atası | I Artafern |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Əhəmənilər İmperiyası |
| Döyüşlər | |
II Artafern — fars qoşun başçısı, Lidiya satrapı Artafernin oğlu. I Daranın qardaşı oğlu.
Həyatı
Artafern Əhəmənilər İmperiyasının bir sıra hərbi yürüşlərində iştirak etmişdir. Mardoninin Elladaya uğursuz yürüyüşündən sonra e.ə. 492-ci ildə Datis ilə birlikdə yeni kampaniyanın rəhbəri təyin edildi.
Əvvəlcə kampaniya yaxşı gedirdi. Datis və Artafrenlər Naksos və digər bir neçə adanı fəth etdilər, Eretriya şəhərini yandırdılar və Marafona çatdılar. Farslar üçün Marafon döyüşü məğlubiyyətlə başa çatdı.
Asiyaya qayıtdıqdan sonra Artafern öz nüfuzunu qorudu. I Kserksin Yunanistana yürüşü zamanı, yəni Marafon döyüşündən 10 il sonra, lidiyalılar və misiyalılara rəhbərlik edirdi.
- E.ə. VI əsrdə doğulanlar
- E.ə. V əsrdə vəfat edənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Əhəmənilər sülaləsi
- Yunan-İran müharibələrinin iştirakçıları
- Farslar
- Əhəmənilər dövləti şəxsləri
