Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qasımova Flora Qasım qızı (1947, Stepanakert) — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı

Flora Qasımova

Vikipediya, azad ensiklopediya
Flora Qasımova
Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı
29 noyabr 2010 10 mart 2020
Seçki dairəsi2010, 2015 — 122 saylı Xankəndi
ƏvvəlkiHavva Məmmədova
SonrakıTural Gəncəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1947(1947) (78–79 yaş)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Şirin Mirzəyev

Təltifləri "Şöhrət" ordeni

Qasımova Flora Qasım qızı (1947, Stepanakert) — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı

Həyatı

Orta məktəbi Xankəndidə bitirmişdir. İlk əmək fəaliyyətinə də Xankəndidə başlamış və məzunu olduğu məktəbdə riyaziyyat fənnindən dərs demişdir. İctimai işlərdə fəal olduğuna görə Məktəb Komsomol Təşkilatının katibi seçilmişdir. Daha sonra isə Vilayət Komsomol Komitəsinin plenumuna üzv seçilmişdir. 1973-cü ildə vilayət sovetinin deputatı seçilir.

Ailə həyatı qurandan sonra Xankəndini tərk edir.

Ailəsi

  • Mirzə Məhəmməd Məhərrəmovun nəvəsədir
  • Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar
  • Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır..
  • Qızı isə ingilis dili müəlliməsidir.

Siyasi fəaliyyəti

7 noyabr 2010-cu il tarixində 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir.

Üst