| Azərbaycan-Suriya münasibətləri | |||||
|---|---|---|---|---|---|
| |||||
| | |||||
| Digər | |||||
| Quruluş tarixi | 28 mart 1992 | ||||
| Dövriyyə | 1,581 mln doll. (2024) | ||||
Azərbaycan–Suriya münasibətləri — Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 28-də qurulmuşdur.
Suriya prezidenti Bəşər Əsəd sonuncu dəfə Azərbaycana 2009-cü il iyulun 8-də səfər edib. Əsədin səfəri Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutub. Səfər zamanı Əsəd Milli Məclisdə də olub.
Azərbaycan 2025-ci ilin fevralında Suriyada səfirliyinin fəaliyyətinin bərpası istiqamətində işlər apardığını açıqlayıb. Bundan əvvəl, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi baş verdikdən sonra iki ölkə arasında münasibətlərin normallaşması prosesi başlanıb.
Fevralın 17-də Xarici İşlər Nazirliyi Azərbaycanın 13 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi barədə məlumat yayıb.

Parlamentlərarası əlaqələr
Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci ildə yaradılmış və ilk rəhbəri Əli Abbasov olmuşdur.
2009-cu ilin iyulunda Suriya Prezidenti Bəşər Əsəd Azərbaycana səfəri zamanı Milli Məclisdə də olub. Parlamentdə Bəşər Əsədi Azərbaycan-Suriya dostluq qrupunun o zamankı rəhbəri, deputat Cavanşir Paşazadə və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qarşılamışdı.
İqtisadi münasibətlər
Əmtəə dövriyyəsi (min doll.)
| İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
|---|---|---|---|
| 2020 | 0 | 454,84 | 454,84 |
| 2021 | 120,62 | 465,89 | 586,51 |
| 2022 | 36,19 | 762,68 | 798,87 |
| 2023 | 187,08 | 315,26 | 502,34 |
| 2024 | 888,90 | 691,66 | 1 580,56 |
- Azərbaycan qaralamaları
- Suriya qaralamaları
- Azərbaycan–Suriya münasibətləri