Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zaur Tahir oğlu Həşimov 24 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola 7 yaşında başlayıb. Sumqayıt futbol məktəbinin yetirməsidir. İlk məşqçis

Zaur Həşimov

Vikipediya, azad ensiklopediya
Zaur Həşimov
Ümumi məlumatlar
Tam adı Zaur Tahir oğlu Həşimov
Doğum tarixi (44 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 180 sm
Çəkisi 77 kq
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası
1998—2001 Azərbaycan Şəfa Bakı 48 (7)
2001—2004 Azərbaycan Xəzər Universiteti 47 (4)
2004—2007 Azərbaycan İnter Bakı 60 (5)
2007 Azərbaycan MKT-Araz 0 (0)
2007—2008 Azərbaycan Xəzər-Lənkəran 11 (0)
2008—2012 Azərbaycan Qarabağ 86 (2)
2012—2014 Azərbaycan Sumqayıt FK 2 (0)
Milli yığma
1997—1998 Azərbaycan Azərbaycan (18 yaşlılar) 14 (0)
1998—2007 Azərbaycan Azərbaycan 17 (0)
Məşqçi karyerası
2018–h.h. Azərbaycan U-18

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həşimov Zaur Tahir oğlu (24 oktyabr 1981, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı futbolçu.

Həyatı

Zaur Tahir oğlu Həşimov 24 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola 7 yaşında başlayıb. Sumqayıt futbol məktəbinin yetirməsidir. İlk məşqçisi Tofiq Rzayev və Ağamusa Bağırov olmuşdur.

Karyerası

Premyer-liqada "U-18", "Şəfa" (Bakı), "Xəzər Universiteti" (İndiki İnter Bakı) klublarında oynayıb. 2007/08 mövsümündə "MKT-Araz" (İmişli) klubuna keçib. İlk oynunu UEFA kubokunda "Qroçilina" klubuna qarşı keçirib. İmişli təmsilçisi zəif oyundan sonra komanda dağılıb və Həşimov "Xəzər Lənkaran"a transfer olunub. Qış fasiləsində isə "Qarabağ"ın 4 nömrəsi olub. 4 mövsüm "Qarabağ" karyerasından sonra "Sumqayıt"a keçib. 1 mövsüm oynadıqdan sonra isə karyerasını doğma şəhərində başa vurub. Hal-hazırda "Qarabağ"ın aşağı yaş qrupunda məşqçilik karyerasına başlayıb

Milli komanda karyerası.

Azərbaycan milli futbol komandası
İlOyunQol
199810
199900
200000
200100
200200
200300
200410
200520
200660
200770
Cəmi170

Uğurları

Azərbaycan Şəfa (Bakı)
  • Azərbaycan Kuboku
  • Qalib (1): 2001
Azərbaycan Qarabağ
  • Qalib (1): 2005-2006
  • Üçüncülük (1): 2003-2004,
  • Azərbaycan çempionatı
  • Üçüncülük (2): 2009-2010, 2010-2011,
Üst