Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qırxlardağ — Culfa rayonu ərazisində dağ. Əlincəçayın sağ sahilində yerləşir. Qazançı kəndindən 4 km cənub-qərbdə yerləşir. Hündürlüyü 1742 metrdir. Zəngəzur si

Qırxlar dağı

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Qırxlardağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1742 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Naxçıvan

Qırxlardağ — Culfa rayonu ərazisində dağ. Əlincəçayın sağ sahilində yerləşir. Qazançı kəndindən 4 km cənub-qərbdə yerləşir. Hündürlüyü 1742 metrdir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyniadlı şaxəsində ən yüksək zirvə. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal və şərq yamaclarında Üst Oliqosen-Alt Miosen yaşlı vulkanogen-çökmə törəmələr açılır. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının geniş şimal-şərq qanadında yerləşir.

Həmçinin bax:

  • Ağdağ (Culfa rayonu)
  • Bərdik dağı
  • Acıçeşmə dağı
Üst