| Acıçeşmə dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2094,2 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon |
|
Acıçeşmə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2094,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Gilançayın sağ sahilində zirvə. Ələhi kəndindən 2,2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Adı cənub yamacındakı acıtəhər dadı olan mineral bulaqla əlaqədardır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələngəzdağ sinklinalının nüvə hissəsində yerləşir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri müşahidə edilir.
Həmçinin bax
- Abdal (dağ)
- Xarxat dağı
- Elti dağı
- Ağaverdi dağı
- Əlifba sırasına görə dağlar
- Ordubad rayonunun dağları