Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Paradağ silsiləsi — Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə zirvəsindən (3825,9 m) ayrılan və cənub-qərb istiqamətdə

Paradağ silsiləsi

Vikipediya, azad ensiklopediya
Paradağ silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3825,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Paradağ silsiləsi — Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə zirvəsindən (3825,9 m) ayrılan və cənub-qərb istiqamətdə 8 km-dən artıq məsafəyə uzanan qoldur. Yamacları dik, suayırıcısı sıldırımlıdır. Şimal-şərq hissəsində Mehri-Ordubad batolitinin turş intruziv kütlələrindən, cənub-qərbdə isə Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ordubad rayonu ərazisində Paradağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı Pərdükdağ silsiləsidir.

Həmçinin bax

Üst