Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Həsən Həbib oğlu Həsənli (1991, Naxçıvan) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən).

Həsən Həsənli

Vikipediya, azad ensiklopediya
Həsən Həsənli
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Vəzifədədir
28 yanvar 2023-cüildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
NazirEmin Əmrullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1991(1991) (34–35 yaş)
Doğum yeri
Təhsili
  • Bristol Universiteti,
  • Kembric Universiteti
Uşağı 2

Həsən Həbib oğlu Həsənli (1991, Naxçıvan) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən).

Həyatı

Həsən Həbib oğlu Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015–2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Karyerası

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.

Üst