Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib.

Ədli Mənsur

Vikipediya, azad ensiklopediya
Ədli Mənsur
ərəb. عدلي منصور
Misir Prezidenti
3 iyul 2013 8 iyun 2014
ƏvvəlkiMəhəmməd Mürsi
SonrakıƏbdülfəttah əs-Sisi
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1945(1945-12-23) (80 yaş)
Doğum yeri
  • əl-Minufiyyə mühafəzəsi[d], Misir
Təhsili
  • Qahirə Universiteti[d] (1970),
  • Milli Administrasiya Məktəbi[d] (1975–1977)
Fəaliyyəti hakim, siyasətçi, vəkil, müvəqqəti prezident, hüquqşünas
Uşağı 3
Dini sünnilik

Təltifləri "Nil" ordeni Respublika ordeni (Misir)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور; 23 dekabr 1945) — Misirin müvəqqəti prezidenti.

Həyatı

Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib.

Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir.

Ailəsi

Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var.

Siyasi fəaliyyəti

Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib.

Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.

Ədli Mənsur 2013-cü il iyulun 3-də Misirdə dövlət başçısı (müvəqqəti prezident) postuna gətirilib.

Üst