| Xətai | |
|---|---|
| 39°31′25″ şm. e. 45°03′45″ ş. u.HGYO | |
| Ölkə |
|
| Xətai | |
Xətai (əvvəlki adı: Sovxoz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Siyaqut kənd Sovetindəki Sovxoz kəndi Xətai kəndi adlandırılmışdır. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Xətai kəndi Havuş kənd inzibati ərazi dairəsinin tərkibinə verilmişdir.
Toponimikası
Düzənlikdədir. 1930-cu ildə Sovxoz adlandırılmışdır. 1991-ci şair və dövlət xadimi Şah İsmayıl Xətainin adı ilə Xətai adlandırılmışdır. Memorial toponimdir.
Əhalisi
Əhalisi 409 nəfərdir (2009-cu il).
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şərur rayonu qaralamaları
- Kənd qaralamaları
- Şərur rayonunun kəndləri
