Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mərdan Əhmədiyyə oğlu Feyzullayev (3 fevral 1958, Kiş, Nuxa rayonu – 13 avqust 2017, Moskva) — Azərbaycan aktyoru, teatr rejissoru. "Tərəqqi" medalı laureatı.

Mərdan Feyzullayev

Vikipediya, azad ensiklopediya
Mərdan Feyzullayev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Fəaliyyəti aktyor
Mükafatları "Tərəqqi" medalı
Azərbaycan Respublikasının əməkdar artisti

Mərdan Əhmədiyyə oğlu Feyzullayev (3 fevral 1958, Kiş, Nuxa rayonu13 avqust 2017, Moskva) — Azərbaycan aktyoru, teatr rejissoru. "Tərəqqi" medalı laureatı.

Həyatı və fəaliyyəti

Mərdan Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979–1983-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984–1989-cu illərdə B. Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M. Feyzullayev 1985–1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989–1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən "Dərviş" teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Elçinin "Şekspir" əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla nümayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.

Xarici keçdilər

http://diaspora.gov.az/index.php?options=content&id=560

Üst