Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi.

Duzluca (İğdır)

40°02′24″ şm. e. 43°39′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Duzluca
Tuzluca
40°02′24″ şm. e. 43°39′50″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 870 m
Əhalisi
Əhalisi
  • 24.560 nəf. (1891, 2008, 2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 76900
Nəqliyyat kodu 76
Digər
tuzluca.bel.tr
Xəritəni göstər/gizlə
Duzluca xəritədə
Duzluca
Duzluca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi.

Ümumi məlumat

Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır.

Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir. Bu mədənlərin illərlə işlənməsindən sonra yaranan duz mağaralarında asma xəstələrinə xidmət verən şəfa mərkəzi mövcuddur. İlçəyə bağlı 81 kənd var.

Milli tərkibi

İlçə əhalisi əsasən yerli Azərbaycan türkləri və sonradan burada yerləşdirilmiş gəlmə kürdlərdən ibarətdir. Son bir neçə ildə yerli Azərbaycan türklərinin çoxu buradan Türkiyənin böyük şəhərlərinə miqrasiya edərək, elə buna görə də ilçədə kürdlərin sayı kəskin şəkildə artmaqdadaır.

Üst