Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Paşa Təhməzov

Vikipediya, azad ensiklopediya
Paşa Təhməzov
Paşa Qurban oğlu Təhməzov
Doğum tarixi 23 mart 1949(1949-03-23)
Doğum yeri
  • Lənkəran, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 avqust 1993(1993-08-23) (44 yaşında)
Vəfat yeri
  • Lənkəran, Azərbaycan
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Dini İslam
Mükafatları "Qızıl ulduz" medalı

Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində Paşa Təhməzov qəhrəmancasına həlak olur.

Ailəsi

Ailəli idi bir övladı qalıb

Xatirəsi

● Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

● Lənkəran şəhərində küçələrdən biri Paşa Təhməzovun adını daşıyır.

● Lənkəran şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

● Lənkəran şəhərinin "23-Avqust" meydanında büstü qoyulub.

● Bakı şəhərinin Lökbatan qəsəbəsində Paşa Təhməzovun adını daşıyan park mövcuddur.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 275.
Üst