| İstisu | |
|---|---|
| 38°47′51″ şm. e. 48°44′44″ ş. u.HGYO | |
| Ölkə |
|
| Rayon | Lənkəran rayonu |
| Bələdiyyə sədri | Hüseynağa Ağazadə |
| Tarixi və coğrafiyası | |
| Əvvəlki adı | Kirov |
| Sahəsi | 6,6207 km² |
| Əhalisi | |
| Əhalisi | 3.817 nəfər (2024) |
| Milli tərkibi | azərbaycanlılar, talışlar |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 25-65 |
| Nəqliyyat kodu | 42 |
| İstisu | |
İstisu (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə İstisu şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi İstisu qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.
Toponimikası
İstisu qəsəbəsinin əvvəlki adı Kirov olmuşdur. Qəsəbə 1932-ci ildə salınanda Sovet dövlət xadimi Sergey Kirovun şərəfinə belə adlandırılmışdı. Sonralar isə qəsəbənin adı dəyişdirilərək "İstisu" qoyulub.
"İstisu" sözü iki hissədən ibarətdir:
- isti — isti, qaynar
- su — su
Bu ad qəsəbə ərazisində yerləşən mineral və termal bulaqlarla bağlı verilmişdir. Yəni "İstisu" — "isti su, qaynar bulaq" mənasını verir. 1999-cu ildə rəsmi olaraq bu ad qəbul edilmişdir.
Tikililər
İstisu qəsəbəsində sosial obyektlərdən 2 tam orta məktəb, kitabxana, sənətkarlıq klubu, sahə xəstəxanası, uşaq bağçası, poçt, ATS, 2 məscid, çay fabriki, mağaza-dükanlar, bərbərxanalar, ictimai iaşə obyektləri, stadion və digərləri fəaliyyət göstərir. Qəsəbədə İstisu mineral bulaqları, Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə abidə vardır.
Qəsəbədə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. İcra nümayəndəliyi və bələdiyyə tək İstisu qəsəbəsini əhatə edir.
Coğrafiyası və iqlimi
Qəsəbə rayon mərkəzindən 7 km aralıda, Talış dağlarının ətəyində yerləşir. Vaxtilə 1000 hektara yaxın olan ərazini əhatə edən qəsəbə hazırda cəmi 678 hektardır ki, bunun da 200 hektarından çoxu yaşayış evlərinin payına düşür.
Əhalisi
Əhalisi 3630 nəfərdir, 1880 nəfəri qadınlar, 19 nəfəri "Qəhrəman ana"dır, 718 ailə təsərrüfatı var(2017).
Tanınmış şəxsləri
Sovet dövründə qəsəbə sakinlərindən Xanımqız Qədirova SSRİ Ali Sovetinin, Tuğra Əliyeva və Nadir Məmmədov Azərbaycan SSR Ali Sovetinin deputatları seçilmişdilər.
Qəsəbənin 12 sakini Qarabağ müharibələrində şəhidlik zirvəsinə yüksəlmişdir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Lənkəran rayonu qaralamaları
- Lənkəran rayonunun qəsəbələri
- Lənkəran rayonunun yaşayış məntəqələri
- Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri
