Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri

Nəsrulla Nəsrullayev

Vikipediya, azad ensiklopediya
Nəsrulla Nəsrullayev
Azərbaycan SSR yüngül sənaye naziri
24 oktyabr 1975 26 aprel 1978
ƏvvəlkiSadıq Rəhimov
SonrakıƏnvər Məlikov
Azərbaycan SSR rabitə naziri
17 mart 1969 24 oktyabr 1975
ƏvvəlkiTeymur Hüseynov
SonrakıHüseyn Rəsulbəyov
Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini
1966 1969
SədrMikayıl Allahverdiyev
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
1961 1966
ƏvvəlkiTofiq Allahverdiyev
SonrakıAbdulla Qədirov
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1920(1920-10-24)
Doğum yeri
Vəfat tarixi 26 aprel 1978(1978-04-26) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1944–1978)
Fəaliyyəti dövlət xadimi, siyasətçi, müəllim
Uşağı Namiq Nəsrullayev
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri namizədi
Elmi adı
  • dosent
Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975).

Həyatı

Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış və buranı 1941-ci ildə bitirmişdir. Texnika elmləri namizədi, dosent olmuşdur.

Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir. Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir. 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur.

1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir. 1966–1969-cu illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1969-cu ildən 1975-ci ilə kimi Azərbaycan SSR rabitə naziri, 1975-ci ildən ömrünün son günlərinədək Azərbaycan SSR yüngül sənaye naziri olmuşdur.

Nəsrulla Nəsrullayev 1961–1966 və 1976–1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1971–1976-cı illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1961–1963-cü illərdə Mərkəzi Komitənin büro üzvü, 1963–1966-cı illərdə isə büro üzvlüyünə namizəd olmuşdur. SSRİ Ali Sovetinin (6-cı çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5, 8–9-cu çağırış) deputatı seçilmişdir. "Oktyabr inqilabı" ordeni, iki dəfə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.

Nəsrulla Nəsrullayev uzun sürən ağır xəstəlikdən sonra 26 aprel 1978-ci ildə vəfat etmişdir. 27 apreldə Fəxri Xiyabanda dəfn edilmişdir.

Nəsrulla Nəsrullayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri və Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayevin atasıdır.

Xatirəsi

1999-cu ildə Nəsrulla Nəsrullayev adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

19 oktyabr 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən Nəsrulla Nəsrullayevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalanmışdır. 1 aprel 2006-cı ildə xatirə lövhəsinin açılışı olmuşdur.

Üst