Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasın

Ədalət Vəzirov

Vikipediya, azad ensiklopediya
Ədalət Vəzirov
Ümumi məlumatlar
Doğum tarixi 27 aprel 1951(1951-04-27)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 2002(2002-10-05) (51 yaşında)
Vəfat yeri
  • İstanbul, Türkiyə
Dəfn yeri
Atası Səfərəli Vəzirov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1974-2002
Janrlar muğam, xalq mahnısı
Musiqi alətləri kamança, kamança[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998).

Həyatı

Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilər yetişdirib.

O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.

Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.

Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.

5 oktyabr 2002-ci ildə İstanbulda ürək tutmasından vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Qardaşı da həmçinin musiqiçidir. Azərbaycan Respublikasının xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovdur.

Xatirəsi

2026-cı ildə musiqiçinin 75 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzinda xatirə gecəsi keçirilmişdir.

Həmçinin bax

  • Ağaxan Abdullayev — Bayatı Kürd təsnifi (Firuz Əliyev — Tar, Ədalət Vəzirov — Kamança)
Üst