| Günəşli | |
|---|---|
| 40°31′28″ şm. e. 45°48′46″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ 2117 |
| Günəşli | |
Günəşli (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılmışdır.
Toponimikası
Keçmiş adı Ayıkənd olmuşdur. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır. Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Şahdağ adlandırılmışdır.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Gədəbəy rayonu qaralamaları
- Gədəbəy rayonunun kəndləri
