Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra.

Simpson (səhra)

24°34′ c. e. 137°25′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Simpson səhrası
Simpson Desert
Munga-Thirri
Ümumi məlumatlar
Mütləq hündürlüyü 288 m
Sahəsi 143,000 km²
Yerləşməsi
24°34′ c. e. 137°25′ ş. u.HGYO
Ölkə  Avstraliya
Simpson səhrası xəritədə
Simpson səhrası
Simpson səhrası
Simpson səhrası (Avstraliya)
Simpson səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü

Tarix

Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir.

1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.

Təbiət

Ərazisində Dyunlər silsilə şəkildə uzanır. Cənub-qərbdə qumlu-gillicəli, Eyr gölü hövzəsində isə gilli suxurlara sahibdir. Dyunların hündürlüyü 20-37 metr təşkil edir. Bu dilsilələrin uzunluğu bəzi yerlərdə 160 km-dir. Kserofit kolluqlara sahibdir.

Simpson səhrası bir çox nadir səhra canlılarının son sığınacağıdır:

  • Simpson Milli Parkı (Simpson Desert National Park), Qərbi Kvislend, 1967 il, 10 120 km²
  • Simpson Səhrası Qoruma Milli Parkı (Simpson Desert Conservation Park), Cənubi Avstraliya, 1967 il, 6927 km²
  • Simpson Səhrası ərazi qoruğu (Simpson Desert Regional Reserve), Cənubi Avstraliya, 1988 il, 29 642 km²
  • Vidcir Milli Parkı (Witjira National Park), Cənubi Avstraliyanın şimalı, 1985 il 7770 km²

İqlim və coğrafiya

Yanvar ayının orta temperaturu 28—30 °С, iyul ayının isə — 12—15 °С təşkil edir. Şimalında yağıntının miqdarı 130 mm-dir. Səhradan Todd, Plenti, Heyl, Hey adlı krik çaylar axır.

Əhalinin böyük qismi Böyük Artezan hövzəsində yayılmışdır.

Üst