| Mehman Ələkbərov | |
|---|---|
| Mehman Ələkbər oğlu Ələkbərov | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 oktyabr 1957 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 4 iyun 1993 (35 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Azərbaycan Respublikası |
| Döyüşlər |
|
Mehman Ələkbər oğlu Ələkbərov (6 oktyabr 1957, Gəncə – 4 iyun 1993, Gəncə) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.
Həyatı və hərbi fəaliyyəti
Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.
1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.
Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasapet, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.

Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.
Həmçinin bax
- Həsənqaya əməliyyatı
- Birinci Qarabağ müharibəsi
- 6 oktyabrda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Gəncədə doğulanlar
- 4 iyunda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- 35 yaşında vəfat edənlər
- Gəncədə vəfat edənlər
- Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar
- Gəncə Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan hərbçiləri
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- 4 iyun Gəncə qiyamı