Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı – 17 yanvar 2023, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublika

Namiq Nəsrullayev

Vikipediya, azad ensiklopediya
Namiq Nəsrullayev
Azərbaycan Respublikası Hesablama Palatasının sədri
12 iyun 2001 17 aprel 2007
Əvvəlkivəzifə təsis edilib
SonrakıHeydər Əsədov
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
18 noyabr 1996 30 aprel 2001
ƏvvəlkiSəməd Sadıqov
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
2 oktyabr 1995 18 noyabr 1996
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1945(1945-02-02)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 yanvar 2023(2023-01-17) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, riyaziyyatçı
Atası Nəsrulla Nəsrullayev
Uşağı Leyla Nəsrullayeva
Təltifləri "Dostluq" ordeni "Əmək igidliyinə görə" medalı

Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı17 yanvar 2023, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur.

Həyatı

2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti

1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir.

1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir.

1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır.

15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir.

Siyasi fəaliyyəti

1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilmiş, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilmişdir.

Mükafatları

Namiq Nəsrullayev 1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə "Əmək rəşadəti" medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə "Dostluq" ordeni, 2007-ci ildə Rusiya Federasiyasının Hesablama Palatasının "Fərqlənmə nişanı" ilə təltif edilmişdir.

Üst