Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Bakı quberniyası – 30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor.

Mahmud Əbilov

Vikipediya, azad ensiklopediya
Mahmud Əbilov
Mahmud Əbdülrza oğlu Əbilov
Doğum tarixi 15 sentyabr 1898(1898-09-15)
Doğum yeri
Vəfat tarixi 30 yanvar 1972(1972-01-30) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya
Fəaliyyəti siyasətçi
Fəaliyyət illəri 1920-ci ildən
Mükafatları "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Kutuzov" ordeni 2-ci dərəcəli "Boqdan Xmelnitski" ordeni 2-ci dərəcəli "Suvorov" ordeni "Qırmızı ulduz" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "Köniqsberqin alınmasına görə" medalı "Berlinin alınmasına görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı Medal "For Oder, Nysa and the Baltic" "Qələbə və azadlıq" medalı
"Böyük Vətən müharibəsində qələbənin 25 illiyi" döş nişanı

Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Bakı quberniyası30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor.

Həyatı

Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930).

Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir.

M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.

M.Əbilov 2 dəfə “Qızıl Ulduz bayrağı”, 2-ci dərəcəli “Kutuzov” ordenləri ilə təltif edilmişdir. Mahmud Əbilov 1972-ci il yanvar ayının 2-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Sərəncama əsasən Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilmiş, burada onun büstü qoyulmuşdur. Generalın doğma kəndi Ukurda onun möhtəşəm abidəsi ucaldılmış, kənddəki məktəbə adı verilmişdir. 2015-ci ildə faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə çəkilmiş “Kiçik kəndin böyük generalı” adlı sənədli film Mahmud Əbilova həsr edilmişdir.

Təltifləri

  • 14.02.1943 "Qızıl ulduz bayrağı" ordeni
  • 28.09.1943 "II dərəcəli Kutuzov" ordeni
  • 19.10.1944 "Qızıl ulduz bayrağı" ordeni

Həmçinin bax

Üst