Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fə

Mədinə Əliyeva

Vikipediya, azad ensiklopediya
Mədinə Əliyeva
Mədinə Vaqif qızı Əliyeva
Doğum tarixi 4 may 1965(1965-05-04) (61 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti balerina, balerina, baletmeyster, xoreoqraf
Fəaliyyət illəri 1983-cü ildən
Təhsili
  • Bakı Xoreoqrafiya Məktəbi (1983),
  • Bakı Dövlət Universiteti (1987–1993)
Mükafatları Azərbaycan Respublikasının xalq artisti — 2002 Azərbaycan Respublikasının əməkdar artisti — 1993

Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008), "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı.

Həyatı

Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təcrübə keçmişdir.

Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur.

Fəaliyyəti

1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir.

2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir.

2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur.

Ədəbiyyat

  • "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014. — 19 fevral. — Səh. 8.
Üst