| II/III Aleksandr Nəzər Əli mirzə | |
|---|---|
| ალექსანდრე II/III ალი-მირზა | |
| 1735 – 1736 | |
| Əvvəlki | I Yese |
| Sonrakı | II Teymuraz |
| 1736 – 1737 | |
| Əvvəlki | II Teymuraz |
| Sonrakı | II Teymuraz |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | ? |
| Vəfat tarixi | |
| Vəfat yeri | Qəndəhar, |
| Fəaliyyəti | monarx |
| Atası | II David |
| Anası | Cahan bəyim |
| Həyat yoldaşı | Mariam Bibuliri |
| Ailəsi | Baqrationi |
| Dini | İslam |
II Aleksandr (Kartlidə)/III Aleksandr (Kaxetidə) və ya Əli mirzə (v. 23 noyabr 1737, Qəndəhar) — Kartlinin və Kaxetinin çarı.
Aleksandr İslamı qəbul etmişdi. Əli mirzə kimi tanınırdı.
Həyatı
II Davidin oğlu idi. Müsəlman olmuşdu. 1735-ci ilin avqustunda Nadir şahın Osmanlı üzərində qələbəsindən sonra Kaxetiya valisi olmuşdu. olmuşdu. Səfi xan ona nəzarət etmək üçün, Əli Qulu bəy isə vergi toplamaq üçün ona köməkçi təyin edilmişdi. Gələn il isə yerinə Arçil gətirilərək özü Kartli taxtında II Teymurazın yerinə keçdi. 1736-cı ildə Anna İoannovnaya məktub yazaraq ondan qorunmaq üçün kömək tələb etmişdi. 1737-ci ildə (bəzi mənbələrdə 1739) isə Qəndəharda, Nadir şahın Hindistan yürüşündə öldürülmüşdü.
Ailəsi
Çar II Şansenin qızı Mariam ilə evlənmişdi. Onun 2 övladı olmuşdu:
- İvan Aleksandroviç Baqrationi (7 noyabr 1730 - 28 sentyabr 1795) - Pyotr adlı bir oğlu var idi, Rusiyada vəfat etmişdi.
- Anna Aleksandrovna Baqrationi (1723 - 19 mart 1780) - 1743-cü ildə Moskvada Pyotr İqoroviç Dadianovla evləndi.
- 23 noyabrda vəfat edənlər
- 1737-ci ildə vəfat edənlər
- Baqrationlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Kaxeti çarları
- Kartli çarları
- XVIII əsrdə öldürülən monarxlar
- İran gürcüləri