Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli – 1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi

Seymur Məmmədov

Vikipediya, azad ensiklopediya
Seymur Məmmədov
Seymur Qəhrəman oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1971(1971-09-18)
Doğum yeri
Vəfat tarixi 1 aprel 1992(1992-04-01) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978–1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir.

Döyüşlərdə iştirakı

Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu.

Ailəsi

Subay idi.

Xatirəsi

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu məktəb onun adını daşıyır.

2019-cu ildə "Salnaməfilm" studiyasında haqqında "Qartal yuvası" sənədli filmi çəkilmişdir. Filmin rejissoru Çingiz Həsənovdur.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 206.
Üst