Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhməd Hüseyn əş-Şaraa (ərəb. أحمد حسين الشرع‎; 29 oktyabr 1982, Ər-Riyad), həmçinin Əbu Məhəmməd əl-Colani (ərəb. أبو محمد الجولاني‎) hərbi ləqəbi ilə tanınır —

Əhməd əş-Şaraa

Vikipediya, azad ensiklopediya
Əhməd əş-Şaraa
ərəb. أحمد الشرع
Əbu Məhəmməd əl-Colani 2025-ci ildə
Əbu Məhəmməd əl-Colani 2025-ci ildə
Suriya Prezidenti
Vəzifədədir
29 yanvar 2025-ciildən
Baş nazirMəhəmməd əl-Bəşir
ƏvvəlkiBəşər Əsəd
8 dekabr 2024-cü ildən 29 yanvar 2025-ci ilədək Suriyanın de-fakto lideri olub.
Nusra Cəbhəsinin rəhbəri
23 yanvar 2012 28 yanvar 2017
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıVəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum adı أحمد حسين الشرع
Doğum tarixi 29 oktyabr 1982(1982-10-29) (43 yaş)
Doğum yeri
Fəaliyyəti inqilabçı, siyasətçi, Kombatant
Həyat yoldaşı
  • Lətifə əd-Drubi (2012-ci ildən)
Uşağı 3
Dini İslam
Hərbi xidmət
Döyüşlər
Rütbəsi
  • əmir

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Hüseyn əş-Şaraa (ərəb. أحمد حسين الشرع; 29 oktyabr 1982, Ər-Riyad), həmçinin Əbu Məhəmməd əl-Colani (ərəb. أبو محمد الجولاني) hərbi ləqəbi ilə tanınır — 2017-ci ildən Suriyada vətəndaş müharibəsində iştirak edən fəal üsyançı, inqilabçı, hərbi lider və siyasətçilərdən biri, Bəşər Əsədin devrilməsindən sonra, 29 yanvar 2025-ci ildən keçid dövründə Suriya Prezidenti.

Həyat Təhrir əş-Şam təşkilatının rəhbəri olaraq 2017–2025-ci illərdə Suriya müxalifətinin Əsəd rejiminin süqutuna gətirib çıxaran hərəkatında və Suriya müvəqqəti hökumətinin yaradılmasında əsas rol oynamışdır. Əş-Şaraa Əsədin devrilməsindən sonra prezident postuna təyin olunanadək ölkənin faktiki lideri olmuşdur.

Erkən illəri

O, 2012–2017-ci illərdə Əl-Qaidənin Suriyadakı qolu olan "Nusra Cəbhəsi"nin lideri olub. Əl-Cövlani haqqında çox az məlumat var. Əbu Məhəmməd əl-Cövlani onun həm adı həm də ləqəbidir və İordaniya təhlükəsizlik rəsmilərinin sözlərinə görə, onun əsl adını yalnız "Əl-Qaidə"nin yüksəkrütbəli üzvləri bilir. Amma bir çox mənbələrə görə onun əsl adı Əhməd Hüseyn əş-Şər-dir. (ərəb. أحمد حسين الشرع). Doğulduğu il və yer dəqiq məlum deyil, lakin Colani adı Qolan təpələrinə aiddir. O, 2003-cü ildə İraqda Amerika qüvvələri ilə döyüşmək üçün bu ölkəyə gedib.

Üst