| Şəmsəddin Şəmaxi | |
|---|---|
| İşləri və nailiyyətləri | |
| İşlədiyi şəhərlər | Həzrə |
| Memarlıq üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Şəmsəddin Şəmaxi — XVI əsr Azərbaycan memarı. Yaradıcılığında Şirvan-Abşeron memarlıq məktəbinin ənənələrini davam etdirmişdir. Onun inşa etdiyi abidələr arasında yonulmuş daşdan tikilmiş Şeyx Mənsur türbəsi günümüzədək qorunub saxlanılmışdır. Türbənin kitabəsində memarın adı həkk olunmuşdur. Memarın əsərlərindən biri olan və 1562-ci ildə Ağsu şəhərində inşa edilmiş Şeyx Məzid (və ya Məzyəd) türbəsi dövrümüzə gəlib çata bilməmişdir.
Kateqoriyalar:
- Əlifba sırasına görə memarlar
- Azərbaycan memarları