| Rasim Öztəkin | |
|---|---|
| türk. Rasim Öztekin | |
| | |
| Doğum tarixi | 14 yanvar 1959 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 8 mart 2021 (62 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri | |
| Fəaliyyəti | ssenarist, jurnalist, teatr aktyoru, kino aktyoru |
| Fəaliyyət illəri | 1977–2021 |
| Təhsili |
|
| IMDb | ID0654863 |
| rasimoztekin.com.tr | |
Rasim Öztəkin (14 yanvar 1959, İstanbul – 8 mart 2021, İstanbul) — türk teatr, kinoteatr və serial aktyoru.
Rasim Öztəkin aktrisa Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray Liseyini bitirdikdən sonra İstanbul Universiteti Jurnalistika fakültəsindən (keçmiş Mətbuat və Yayım Yüksək Məktəbi) məzun olmuşdur. Səhnə həyatında ilk təcrübələrini İstanbul Akademik Sənətçilər Topluluğu, Kadıköy Xalq Təhsil Mərkəzi və "Növbətçi Teatr"da həvəskar olaraq qazanmışdır. Peşəkar teatr fəaliyyətinə Fərhan Şənsoyun "Ortaoyuncular" truppasında başlamışdır. 2016-cı ildə ənənəvi türk teatrının simvolu sayılan "Kel Hasan Efendi"nin qovuğu Fərhan Şənsoy tərəfindən ona təhvil verilmişdir.
1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi.
Ölümü
Keçirdiyi ürək tutması səbəbi ilə 2021-ci il martın 8-i axşam saatlarında, müalicə gördüyü Dr. Siyami Ərsək Sinə Ürək və Damar Cərrahı Təhsil və Araşdırma xəstəxanasında 62 yaşında vəfat etdi.
Mükafatları
- 1988, Altan Ərbulaq Mükafatları, Ən Yaxşı Aktyor
- 1995, İsmail Dümbüllü Mükafatları, İlin Ən Yaxşı Aktyoru
- 2003, Afifə Teatr Mükafatları, Komediya, və musiqili filialında Ən Yaxşı Köməkçi Kişi Aktyor
- 2010, KALDER (Keyfiyyət Dərnəyi) Ən Keyfiyyətli Sənətçi mükafatı
- 2010, Ayağlı Qəzer "İlin Ən Yaxşı Köməkçi Kişi Aktyoru"
- 2011, İlin Molla Nəsrəddini
- 14 yanvarda doğulanlar
- 1959-cu ildə doğulanlar
- İstanbulda doğulanlar
- 8 martda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- İstanbulda vəfat edənlər
- Zəncirliquyu qəbiristanlığında dəfn olunanlar
- Qalatasaray liseyinin məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- Ürək tutmasından ölənlər
- XX əsr aktyorları
- XXI əsr aktyorları
- Türkiyənin televiziya aktyorları
- Türkiyə teatr aktyorları
- Türkiyə film aktyorları
- Türkiyə kişi film aktyorları