| Gendərə dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 1089 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət |
|
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir.
(hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir.
Ədəbiyyat
- Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Dağ və dağ qrupu qaralamaları
- Babək rayonunun dağları
- Azərbaycanda dağ zirvələri