Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd.

Sultanbəy (Dərələyəz)

39°31′15″ şm. e. 45°28′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
kənd
Sultanbəy
39°31′15″ şm. e. 45°28′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 361 nəf. (1831, 1873, 1897, 1926, 1939, 1959, 1970, 1979, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sultanbəy xəritədə
Sultanbəy
Sultanbəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd.

Tarixi

Rayon mərkəzindən 20 km cənub-şərqdə yerləşir.

Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün «Sultanbəy kəndi» adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə təsis edilmiş inzibati ərazi bölgüsünə görə Naxçıvan qəzasının Cəhri rayonunun tərkibində olan 20 kənddən biri də Sultanbəy kəndi olmuşdur. ZSFSR MİK-nin qərarı ilə 1929-cu il fevralın 18-də Naxçıvana məxsus bir sıra torpaqlar - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəza¬sının Qarçevan kəndi və Kilit kənd torpaqlarının bir hissəsi, həmçinin həmin vaxt Zəngilan rayonunun Nüvədi, Ernəzir, Tuqut kəndləri, Sovet hökumətinin məqsədyönlü siyasəti sayəsində Ermənistan SSR-ə verildi Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur.

Əhalisi

1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra (1828-ci il) azərbaycanlılar sıxışdırılaraq çıxarılmış və 1829 - cu ildə İranın Salmas vilayətindən köçürülən ermənilər burada yerləşdirilmişdir.

Həmçinin bax

Üst