Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.

Ağyar (Dərələyəz)

39°44′11″ şm. e. 45°20′44″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənd
Ağyar
39°44′11″ şm. e. 45°20′44″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 1.160 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.301 nəf. (1831, 1897, 1914, 1926, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ağyar xəritədə
Ağyar
Ağyar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.

Tarixi

Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir.

Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü əsasında formalaşmışdır. Nəsil adı bildirir.

Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur.

Əhalisi

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür.

Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.

İndi yalnız ermənilər yaşayır.

Həmçinin bax

Üst