Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nairə Əliabbas qızı Şahtaxtinskaya (16 aprel 1959) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarının deputatı,

Nairə Şahtaxtinskaya

Vikipediya, azad ensiklopediya
Nairə Şahtaxtinskaya
Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
22 iyun 2007 – 26 noyabr 2011
Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarının deputatı
24 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1959(1959-04-16) (67 yaş)

Təltifləri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Nairə Əliabbas qızı Şahtaxtinskaya (16 aprel 1959) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarının deputatı, Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri (1992–1993).

Həyatı

Nairə Şahtaxtinskaya 1959-cu il aprelin 16-da anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Tarix elmləri doktorudur. Alban, ingilis, serb və xorvat dillərini bilir.

Nairə Şahtaxtinskaya ailəlidir, 2 övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 29 nömrəli Əli Bayramlı dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.

Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 26 saylı Nəsimi I dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.

Nairə Şahtaxtinskaya Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 26 noyabr 2011-ci ildə isə geri çağırılıb.

Üst