| Havva Məmmədova | |
|---|---|
| 2005 – 2010 | |
| Seçki dairəsi | 2005 — 122 saylı Xankəndi |
| Əvvəlki | Seçkilər keçirilməyib. |
| Sonrakı | Flora Qasımova |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Həvva İsa qızı Məmmədova |
| Doğum tarixi | 15 may 1958 (68 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | tarixçi, siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — tarixçi və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Həyatı
1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur.Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir.
2001-ci ildə "Azərbaycan Demokratik Respublikası dövründə Qarabağın Dağlıq hissəsində erməni separatizminə qarşı mübarizə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
2011-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının xarici siyasətində" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
6 kitabın və 40 elmi məqalənin müəllifidir.
Ailəsi
Evlidir, 3 övladı var.
İctimai-siyasi fəaliyyəti
Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir. Rus dilini bilir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdur. Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Kitabları
- Qarabağ general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr. Bakı: Şirvannəşr, 1999, 76 s.
- Xocalı: şəhidlər, şahidlər. Bakı: Yeni Nəşrlər Evi, 2003, 200 s.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920). Bakı: Nağıl Evi, 2006, 149 s.
- Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Bakı: Elm, 2009, 360 s.
Filmoqrafiya
- "Dağlıq Qarabağ: həqiqətlər, yalanlar…"
- 15 mayda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bərdə rayonunda doğulanlar
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları
- Tarix elmləri doktorları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın qadın siyasətçiləri
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- XXI əsr Azərbaycan siyasətçiləri
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri
- XXI əsr Azərbaycanın qadın yazıçıları
- Azərbaycanın qadın tarixçiləri