Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan Respublikasının ərazisi geologiya cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. Böyük və Kiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağ

Azərbaycan geologiyası

Vikipediya, azad ensiklopediya
Azərbaycanın geologiya xəritəsi, 1881-ci il

Azərbaycan Respublikasının ərazisi geologiya cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. BöyükKiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağarası çökəkliyini, həmçinin Orta Xəzər və Cənubi Xəzər çökəkliklərini əhatə edən müxtəlif quruluşlu qırışıq sistemlərdən ibarətdir. Azərbaycan Respublikasında yer qabığının qalınlığı 38–55 km arasında dəyişir. Maksimum qalınlığı Böyük Qafqaz ərazisində, minimum qalınlığı Talış dağları ətəklərindədir. Ərazinin geologiya quruluşunda çökmə, vulkanogen-çökmə, vulkanogen və kontinental süxurlardan təşkil olunmuş Kembridən əvvəlki dövrdən başlayraq müasir dövr çöküntüləri daxil olmaqla bütün geologiya dövrlərin çöküntü kompleksləri iştirak edir. Respublikada ən çox Mezozoy və həmçinin Kaynozoy yaşlı evgeosinklinal, miogeosinklinal və molass çöküntülər yayılmışdır. Az sahədə Paleozoyun subplatforma çöküntüləri və Alp Paleozoy-Kembridən öncəki metamorfik süxurlar var.

Tektonik quruluş

Azərbaycan Respublikasının əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur.

Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir:

Böyük Qafqaz antiklinoriumunun təsvir edilən bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavanıdağ-Səngəçal ağırlıq qüvvəsi maksimumu hesab edilir. Burada, Girdiman və Ağsu çayları arasında Maykop çöküntüləri üzərində qalın (1500 m) Dübrar fasiyalı Təbaşir çöküntüləri örtüyü (horizontal yerdəyişmə amplitudu 10 km) yerləşir ki, bu da basqal örtüyü adlanır. Qərbdə Mazım və Girdiman çayları arasında Vəndam antiklinoriumunun xeyli cənub hissəsi çaqıl daşları ilə örtülmüşdür.

Kür dağarası çökəkliyi uzun geologiya vaxat ərzində formalaşmışdır. Lakin müasir konfiqurasiyasını yalnız Oliqosen – dördüncü dövrdə almışdır. Çökəkliyin bünövrəsində uzununa istiqamətdə qərbdən şərqə və həmçinin şimaldan cənuba və əksinə pilləli enmə müşahidə edilir. Çökəklik törəmə struktur olub, üstdə yatan çöküntü layı qeyri-uyğun olaraq altdan yatan struktur kompleksi örtür. Quruluşunda köndələn qalxmalarla ayrılan iki çökəklik var: Orta Kür (Yuxarı Kür çökəkliyi Gürcüstan Respublikasındadır) və Aşağı Kür.

Kiçik Qafqazqabağı ön çökəkliyi Kiçik Qafqazın Somxeti-Ağdam zonasına paralel, cənub-şərq istiqamətdə uzanır. O, Paleogenin fliş tipli və Neogen-Antropogenin molass formasiyalı çöküntülərindən təşkil olunmuşdur; şimal-şərqdə Kür dərəsi boyu Yevlaxa dək yaxşı izlənən Küryarığı ilə, ondan şərqdə isə Bərdə-Beyləqan xətti üzrə keçən fleksur əyimi ilə hüdudlanır. Çökəkliyin qərbində Kiçik Qafqazqabağı yarıq ilə hüdudlanmasına baxmayaraq cənub-qərb sərhədi girintili-çıxıntılıdır.

Talış qırılıqlıq sahəsi Kiçik Qafqazın mərkəzi hissəsinin bilavasitə şərq davamını təşkil edir. O, köndələn istiqamətdə qalxmış Alpdan əvvəlki bünövrədə yerləşir; Üst Təbaşirin azqalınlıqlı Karbonat və Paleogen-Alt Eosenin fliş çöküntülərindən, Orta Eosen traxibazaltlarından və Oliqosen fliş çöküntülərindən təşkil olunmuşdur. Sahənin kiçik inruziv kütlələri Paleogendə yerləşir və qələvi bazalt, qabbro, diabaz-diorit və qabbro-monsonit-siyenit formasiyalara aid olub, yerləşdiyi vulkanogen süxurlarla birlikdə vahid maqmatik kompleks əmələ gətirir.

Burada Astara və Buravar antiklionriumları, YardımlıCəlilabad sinklinoriumları, faylar, üstəgəlmələr və onları mürəkkəbləşdirən köndələn qalzım və çökəkliklər ayrılır.

Nadir geoloji obyektlər

Təbii yolla, geoloji proseslər nəticəsində əmələ gəlmiş, özünün maddi tərkibi, qeyri-adi forması, rəngi, estetik və mənəvi gözəlliyi, elmi və tarixi əhəmiyyəti ilə digər obyektlərdən seçilən və eyni zamanda turizm (geoturizm, ekoturizm və s.), rekreasiya sahəsində əhəmiyyət kəsb edə bilən obyektləri Nadir Geoloji Obyektlər (NGO) və ya geoloji təbiət abidələri adlandırmaq olar.

Nadir Geoloji Obyekt – Yardımlı Şəlaləsi, respublika əhəmiyyətli hidroloji abidə

NGO-ların növləri üzrə təsnif edilməsi onların mühafizəsi və istifadəsi proqramının hazırlanması üçün başlıca şərtlərdən biridir. Belə ki, hər bir obyektin özünəməxsus geoloji, geomorfoloji və s. xüsusiyyətləri vardır və bunların da mühafizəsi və istifadəsi bu müxtəlifliyin nəzərə alınması ilə aparılır. Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsində məlum olan və yeni aşkarlanmış NGO-lar bir sıra oxşar əlamətlərinə və növlərinə görə aşağıdakı təsnifatı, kateqoriyalara və ranqlara bölünmüşdür. Aşağıdakı cədvəldə Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsində NGO-ların təsnifatı, ranqları və kateqoriyaları verilmişdir. Cədvəldən göründüyü kimi Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsində aşkarlanmış NGO-lar növlərə, ranqa və kateqoriyaya bölünmüşdür. Belə təsnifatın aparılmasında əsas götürülən şərtlər birinci növbədə obyektlərin geoloji proseslər nəticəsində əmələ gəlməsi ilə onun nadirliyi, nadirliyin, mənşə və formanın oxşarlığı, nəhayət, obyektin rekreasiya obyekti kimi yararlı olub-olmamasından ibarət olmuşdur. NGO-ların ranqlara (statusa) bölünməsində isə onların elmi və təcrübi cəhətdən nə qədər əhəmiyyət kəsb etmə və dünya miqyasında təkrarolunmazlıq prinsipləri əsas götürülmüşdür.

Kosmogen Nadir geoloji obyekt: Yardımlı (Arus) meteoriti / Səciyyəsi: səma cismi, statusu: Dünya əhəmiyyətli

Kateqoriya baxımından nadir geoloji obyektlər daha geniş məhfumlarda cəmləşirlər ki, bunlar da birinci növbədə, onların maddi tərkibləri və oxşarlıqları ilə əlaqədar seçilmişdir.

Aşağıda Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsinin Nadir Geoloji Obyektlərinin təsnifat cədvəli verilmişdir:

Nadir Geoloji Obyektlərin (NGO) təsnifatı, ranqları və kateqoriyaları cədvəli

Sıra №-siTəsnifat (növ)Ranqlar (status)Kateqoriyalar
1Hidrogeoloji-hidroloji (bulaqlar, şəlalələr, göllər, çaylar)DünyaLanşaft (meşə, torpaq və s. örtüklər)
2Geomorfoloji (struktur, skulptur relyef formaları və s.)BeynəlxalqGeoloji (paleontoloji, stratiqrafik, tektonik)
3Tektonik (sürüşmələr vəs.)RespublikaGeomorfoloji (müxtəlif relyef formaları, karstabənzər boşluqlar)
4Mineraloji (maraqlı yataqlar və təzahürlər)BölgəSu (bulaqlar, şəlalələr, göllər, çaylar)
5Petroqrafik (teşenitlər və s.)YerliTarixi-bəddi-təbiət (milli parklar, qoruqlar və s.)
6Karstoloji (karbonat tərkibli süxurlardakı boşluqlar)
7Vulkanik (palçıq vulkanları)
8Paleontoloji (fauna məzarları)
9Kosmogen (meteorit)
10Dağ-geoloji (balneoloji istirahət kompleksləri)
11Yanar qaz (metan və s. qaz təzahürləri)
12Tarixi-bəddi-təbiət qoruqları
13Təbii geoloji açılışlar

Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsinin Nadir Geoloji Obyektlərinin təsnifatı cədvəli

Adıİnzibati rayonNövKateqoriyaRanq, statusTurizm
1Zənguləş “İstisu” təzahürüAstaraHidrogeolojiSuYerliEko, balneoloji
2“Yanar bulaq” kompleksi“”“”“”“”Ekoturizm
3Haftoni “İstisu” kompleksiLənkəran“”“”BölgəBalneoloji
4Havzavu “İstisu” təzahürü""""""Yerli""
5Masallı “İstisu” kompleksiMasallı """"RespublikaEko, balneoloji
6Mişarçay şəlaləsi ""Hidroloji ""YerliEkoturizm
7Masallı Şəlaləsi""""""Respublika""
8“Yanardağ”, “İstisu” kompleksi""Hidrogeoloji""YerliEko, balneoloji
9Yardımlı şəlaləsiYardımlıHidroloji""RespublikaEkoturizm
10Zeynələzir şəlaləsi """"""Yerli""
11Çayrud şəlaləsi Lerik""""Bölgə""
12“Soqlan bulaq” """"""Yerli""
13Afurca şəlaləsi Quba""""BölgəEko, geoturizm
14Kunxirt şəlaləsi """"""YerliEkoturizm
15Xaltan “İstisu” təzahürü ""Hirogeoloji""BölgəBalneoloji
16Laza qrupu şəlalələr QusarHidroloji""""Eko, geoturizm
17Allar “Qız qalası” kompleksi YardımlıGeomorfolojiNümunəRespublika""
18Nesli mağaraları Lerik""""Yerli""
19Arvana (Peştəsər lay dəstəsinin) qayalıqları Yardımlı""Geoloji“” ""
20Deman (Nesli lay dəstəsinin) qayalıqları """"""“” ""
21Səngəçal_Umbakı obyektiQobustan""Geomorfoloji“” ""
22Nərimankənd mağaraları""""""“” Ekoturizm
23Təngialtı keçidiQuba""""“” Eko, geoturizm
24"Beşbarmaq" dağıSiyəzən""""BölgəEko, geo, dini turizm
25"Bənövşə nənənin piri"Quba“” “” Yerli“”
26Təngialtı mağarası ""Karstoloji""“” Eko, geoturizm
27“Baxşılı” sürüşməsi XızıTektonikGeoloji“” “”
28“Kalaxan” qalası LerikPetroqrafik""“” “”
29Maqnetitli qara qumlar LənkəranMineraloji""BölgəEko, geo, balneoloji
30Kirməki vadisi BinəqədiPaleontoloji""DünyaEko, geoturizm
31Yardımlı (Arus) meteoriti YardımlıKosmoloji""“” Ekoturizm
32“Yanar dağ” MasallıYanar qaz""Yerli“”
33“Yanar dağ”, Məhəmmədli yolu Abşeron“” “” Bölgə“”
34Xınalıq, "Atəşgah"Quba“” “”“” Eko, dini
35Quba-Xınalıq yolu ""Təbii geoloji açılışlar""“” Eko, geoturizm
36Giləzi-Xızı yolu Xızı""""“” “”
37Qusar-Laza yolu Qusaer""""“” “”
38“Böyük daş” qoruğu QobustanTarixi-bədii-təbiət""DünyaEkoturizm
39Kirməki palçıq vulkanı AbşeronVulkanik""“” Eko, geoturizm
40“42-ci km” palçıq vulkanı Qobustan""""Beynəlxalq“”
41Kaftaran qrupu palçıq vulkanı""""""“”“”
42Daşgil palçıq vulkanı """"""“” “”
43Qalmaz palçıq vulkanı Hacıqabul""""Respublika“”
44“Beşbarmaq” palçıq vulkanı Siyəzən""""“” “”
45Masallı “İstisu” kompleksi MasallıDağ-geolojiHidrogeoloji“” Balneoloji
46Haftoni “İstisu” kompleksi Lənkəran""""Bölgə“”
47Havzavu “İstisu” kompleksi """"""“” “”
48Yanardağ”, “İstisu” kompleksi Masallı""""Yerli“”

Həmçinin bax

  • AMEA Geologiya və Geofizika İnstitutu
  • Geologiya
Üst