| I Yese Əliqulu xan Mustafa paşa | |
|---|---|
| იესე I ალიყული-ხანი | |
| 1714 – 1716 | |
| Əvvəlki | Keyxosrov |
| Sonrakı | VI Vaxtanq |
| 1724 – 1727 | |
| Əvvəlki | VI Vaxtanq |
| Sonrakı | Osmanlı işğalı (sonra II Teymuraz) |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Fəaliyyəti | monarx |
| Atası | Levan |
| Anası | Tinatin Avalişvili |
| Həyat yoldaşları | Mariam Orbeliani Yelena Baqrationi |
| Uşaqları |
|
| Dini | İslam |
| Rütbəsi |
|
| | |
| | |
Yese (1680, Tbilisi – 1727, Tbilisi) — Kartli çarı. Kartli kralı Levan şahzadə Tinatin Avalişvilinin oğlu, Kartli çarı "XI Georgi"nin qardaşı..
Yese İslamı qəbul etmişdi. Əvvəlcə şiə ikən Əliqulu xan, daha sonra sünni ikən Mustafa paşa kimi tanınırdı.
Həyatı
Yese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708–1709-cu illərdə Kirman naibi, 1709–1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711–1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu.
Hakimiyyəti
1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi.
Həbs və dini dəyişiklik
Yesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı. 1721-ci ildə VI Vaxtanq tərəfindən Kartli ədalət naziri təyin edildi. II Konstantin Baqrationinin hücuma hazırlaşdığını eşidən Yese 1723-cü ildə Osmanlıya qaçaraq sünni oldu və 1724-cü ildə Mustafa paşa adı ilə çar elan edildi. 1727-ci ildə öləndən sonra isə çarlıq institutu ləğv edildi.
Ailəsi
Yese 2 dəfə ailə qurmuşdu:
- 1712-ci ildə Maryam Orbeliani (1692–1767) ilə: Georgi Allahverdi (1713–1762)
- Bir kənizlə:
- Arçil
- İshaq Aleksandr Baqrationi
- Levan Hüseyn Baqrationi
- I İrakli Baqrationinin qızı Yelena ilə:
- Teymuraz Baqrationi (1720–1788) — gələcək katolikos I Anton
- David (1716–1738)
- Nikolas
- İoane (ö. 1717)
- Xoreşan
- Anastasiya
- 1680-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 1727-ci ildə vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- Ölkələrinə görə generallar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Kartli çarları
- Baqrationlar
- Topçubaşılar
- Səfəvi sərkərdələri
- XVIII əsr hökmdarları
- İran gürcüləri