Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ulu məscid — 1700-cü ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşir.

Ulu məscid

41°28′03″ şm. e. 47°03′13″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ulu məscid
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir İlisu
Tikilmə tarixi 1700
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.284
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
41°28′03″ şm. e. 47°03′13″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ulu məscid — 1700-cü ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında

İlisu kəndində vaxtilə mövcud olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu üçün yerli əhali onu Ulu məscid adlandırmışdır.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Şəkillər

Ədəbiyyat

  • Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az;

Həmçinin bax

  • Azərbaycandakı məscidlərin siyahısı
  • İlisu dövlət tarix-mədəniyyət qoruğu
Üst