| Tisian Veçellio | |
|---|---|
| it. Tiziano Vecellio | |
| | |
| Doğum tarixi | təq. 1490 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 27 avqust 1576 (85–86 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | taun |
| Dəfn yeri |
|
| Fəaliyyəti | rəssam, memarlıq çertyojçusu[d], rəssam-qravürçü[d] |
| Janrlar | portret rəssamlığı[d], dini rəssamlıq[d], mifologiya rəssamlığı, nü, tarix rəssamlığı, portret |
| Stillər | Yüksək İntibah |
| Tanınmış işləri |
|
| Tələbələri | Tintoretto, Simone Petersano |
| Mükafatları | |
| | |

Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490, Belluno əyaləti[d], Veneto – 27 avqust 1576, Venesiya) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır.
Yaradıcılığı

Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir.
Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.
Bioqrafiya

Erkən yaşları
Tisianın dəqiq doğum tarixi məlum deyildir. Qoca vaxtlarında İspaniya kralı II Filippə yazdığı məktubda 1474-cü ildə doğulduğunu iddia etsə də, bu ağlabatan deyil.
O, Qreqorio Veçellio və yoldaşı Lusiyanın oğlu idi. Atası Pieve de Cadore qəsrinin idarəedicisi idi və sahiblər üçün yerli mədənləri idarə edirdi. Qreqorio adlı-sanlı konsul və əsgər olub. Bir neçə qohumu, o cümlədən Tisianın babası notariat olmuş, dörd nəfərlik ailə Venesiya tərəfindən idarə olunan ərazidə yaxşıca kök salmışlar.
- 1490-cı ildə doğulanlar
- Venetoda doğulanlar
- 27 avqustda vəfat edənlər
- 1576-cı ildə vəfat edənlər
- Venesiyada vəfat edənlər
- Venesiyada dəfn olunanlar
- Əlifba sırasına görə rəssamlar
- İtaliyada doğulanlar
- XV əsr İtaliya rəssamları
- XVI əsr İtaliya rəssamları
- İtalyan intibah rəssamları
- İtaliya şəxsləri