Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2005-ci il tarixli 976-I

Günəşli (Biləsuvar)

39°31′05″ şm. e. 48°30′10″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Günəşli
39°31′05″ şm. e. 48°30′10″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 2.916 nəf. (2009)
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli

Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2005-ci il tarixli 976-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır.

Tarixi

Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir. Çaylı, Ağayrı, İsmətli kəndləri ilə sərhəddir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 2551 1251 1300
2009 ↗2916 ↗1480 ↗1436

İqtisadiyyatı

Kənddə 616 təsərrüfat var. Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və maldarlıq təşkil edir.

2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.

Mədəniyyəti

Kənddə Günəşli kənd kitabxana filialı, Günəşli kənd klubu və Günəşli Poçt Agentliyi fəaliyyət göstərir.

Təhsil

Kənddə Günəşli kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə Günəşli kənd məscidi yerləşir.

Səhiyyə

Kənddə Günəşli kənd tibb məntəqəsi yerləşir.

Həmçinin bax

Üst